“Əli Mirəliyevin Xalq artisti Səməd Səmədovun ünvanına dediyi sözləri oxuyanda dəhşətə gəldim. Hamı bilirdi ki, Səməd rusdillidir. Burada nə var ki? O qədər bizim elə müğənnilərimiz var ki, rus dilində danışır. Səmədin ifasını, onun necə toy idarə etməsini hamı bəyənirdi. Həqiqətən də toyların kralı idi, özü də ziyalı toylarının”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi Əli Mirəliyevin Səməd Səmədov haqda “Azərbaycan dilində danışa bilmirdi, ağzına gələni çərənləyirdi” sözlərin qarşılıq olaraq bildirib. O daha sonra əlavə edib.
“Günahdır, sağlığında da belə deyirsən, sonra da deyirsən ki. dostumdur! Bu insan artıq rəhmətə gedib, haqq dünyasındadır. Gör bir dəfə Səməd ona artıq-əskik nəsə deyib? Səmədi hamı niyə çox istəyir? Çünki bir dəfə də ona cavab qaytarmadı. Əksinə, hər zaman zarafatca deyirdi ki, o məni reklam edir. Əlidən başqa heç kimin Səməddə işi yox idi! Vallah günahdır, olmaz! Arxasınca danışır, sonra da deyir ki, o mənim dostumdur! Sən mədəniyyət adamısan, mədəniyyətdə olan insan gərək danışığını bilsin. Allah Səmədə rəhmət etsin! Öz dəsti-xətti, janrı var idi. Mən daha nə deyə bilərəm? Bax Əlinin bu xasiyyətini bəyənmirəm də mən. Ona-buna söz atırsan, bəsdi də. Sənətkarların heç biri belə hərəkət etməyib! Allah rəhmət etsin Yalçın Rzazadəyə! Gör bir dəfə kiminsə arxasınca danışıb? Yaxud da Akif İslamzadə! Ümumiyyətlə heç kəsin ürəyini qırmaq olmaz, günahdır. Sənət aləmində ümumiyyətlə olmaz! Bu insan rəhmətə gedib, yenə də dediyini deyir. Başım çıxmır ki, bu insan bununla nə demək istəyir? Mən belə insanlardan qaçıram, mənə pis təsir edir. Allah Səmədə qəni-qəni rəhmət etsin! Mənə çox pis təsir edir, ölən günündən bu günə qədər gündə mahnılarını qoyub, qulaq asıram. Hələ də ürəyim ağrıyır! Mən çox həssas adamam! İnsanın ürəyini yaralamaq olmaz! Səməd ölən gününə qədər arzulanan müğənni olub, toylarına da gedib. Xalqın sevgisini qazanıb, çünki illərin sevilən müğənnisidir. O vaxt hamı ilə toya getmişəm, daha sonra Səməd mənə təklif edəndə dedim ki, yox Səməd, mən bir tək səninlə gedə bilmərəm. Mən Səməddən heç nə ummamışam, amma xətrini çox istəmişəm. Həmişə diqqətcil olub, ad günlərimdə gəib gül-çiçəklə, gözəl sözlərlə iştirak edib. Necə o yaxşılığı itirə bilərəm? Bir onun, bir də Yalçın Rzazadənin ölümü mənə çox pis təsir etdi” - deyə əməkdar artist bildirib.
Fikirlər