CANLI efirdə APARICINI HƏDƏLƏYƏN BALOGLAN Əşrəfov: “SƏNİN BAŞINI KƏSMƏK lazımdır” – QALMAQAL

Space Tv-də canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib.

Bu barədə Yenicag.az-a açıqlama verən B.Əşrəfov bu sözlərə görə peşman olmadığını deyib:

Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan o söhbəti Elçin yenidən gündəmə gətirib mənə dedi ki, o vaxt sizinlə aramızda problem olanda Rusiyadan bir nəfər zəng edib, məni hədələyib. Deyib ki, sənin başını kəsərəm. Mən də ona qayıtdım ki, köhnə palan içi tökməsin, mən heç kimi öyrətməmişdim belə söz desin. O da daha da qızışdı, mən əsəbiləşdim. Dedim elə, buna görə də sənin başını kəsmək lazımdır. Sözün düzü, onun atmacısından boğaza yığılmışdım. Verilişdən sonra o mənə yaxınlaşdı, münasibətlərimizə aydınlıq gətirdi. Hər halda o köhnə söhbəti ortaya atmalı deyildi. Demişəm, əcəb eləmişəm”.






Fikirlər