İRAN TƏL-ƏVİV VƏ HAYFAYA RAKET ZƏRBƏLƏRİ ENDİRDİ - VİDEOLAR (Yenilənib)

İran Silahlı Qüvvələrinin Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri nəticəsində azı 8 nəfər ölüb, xeyli sayda yaralı var. 

Bu barədə Türkiyə mediası məlumat yayıb. 

 

 

 

 

***

Xəbər verdiyimiz kimi, İran İsrailin hədəflərinə yeni raket hücumlarına başlayıb.

Bu haqda “Tasnim” məlumat yayıb.

Məlumata görə, İran tərəfindən azı 50 ballistik raket buraxılıb. Raketlər Təl-Əviv, Hayfa və Aşkelonu hədəf alıb.

 

 

 

 

 

 

 

***

İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirir.

Bu barədə IRNA məlumat yayıb.

“Hayfa və Təl-Əvivə silsilə zərbələr endirilir”, – agentliyin teleqram kanalında qeyd olunub.

“Middle East Eye” isə xəbər verir ki, İranın hücumlarında hədəflər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı və Hadera elektrik stansiyası da olub.

Hazırda İsrailin bir çox ərazilərində sirenalar səslənir. Əhaliyə mümkün qədər sığınacaqlardan çıxmamaq əmri verilib.

“Al-Jazeera”  də xəbər verib ki, hazırda İran raketləri paytaxt Təl-Əviv və Hayfa şəhərlərini vurur.

Məlumatı İsrail radiosu da təsdiqləyib: “Raketlərdən biri Hayfaya, digəri isə Təl-Əvivdəki binaya tuş gəlib”.

 

 

 

 






Fikirlər