İsrail Suriya və İRANI bombalayır, dəhşətli DÖYÜŞLƏR gedir – FOTO/VİDEO

İsrail Suriya və İranı bombalayır, dəhşətli döyüşlər gedir – FOTO/VİDEO

Suriya-İsrail sərhədində dəhşətli toqquşma davam edir.

Publika.az xəbər verir ki, Suriya İsrailə məxsus F-16 döyüş təyyarəsini vurub. Pilotların yaralandığını deyilir.
Ardınca İsrail Silahlı Qüvvələri Suriyada İrana məxsus pilotsuz uçuş aparatını məhv edib.
F-16 təyyarəsinin vurulmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu ordu generalları ilə müşavirə keçirib. Bu müşavirədən sonra İsrail ordusu Suriyada hərəkətə keçib.

İsrail tərəfinin yaydığı məlumata görə, Suriyada 12 hədəfi məhv ediblər. Bu hədəflər arasında Suriya rejiminin 3 Hava Müdafiə Sistemi ilə yanaşı, İrana məxsus 4 hərbi baza da var.
Suriya rejimi buna cavab olaraq İsrailə raket atıb. Hazırda İsrailin şimalında 1 nömrəli hərbi hazırlıq elan edilib. Təl-Əviv “İsrail ordusu bütün ssenarilərə hazırdır və vəziyyətə görə hərəkət edəcək” deyə açıqlama yayıb.

“Anadolu” agentliyinin məlumatına görə, İsrail təyyarələrinin Suriyaya hücumu zamanı Bəşər Əsədin sarayının yaxınlığında 6 böyük partlayış baş verib.
Suriya rejiminin xəbər agentliyi SANA İsrailin hücumlarının davam etdiyi haqda məlumat yayıb.






Fikirlər