14.01.2014. - İsrail Şaronu basdırıb Qəzzaya hücum etdi

14.01.2014. -  İsrail Şaronu basdırıb Qəzzaya hücum etdi İsrail aviasiyası sabiq baş nazir Ariel Şaronun dəfnindən sonra Qəzzaya hücum edib.
AzerTaym.az bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir. Məlumatda deyilir ki, buna qarşı tərəfin hərəkətləri səbəb olub. Belə ki, dəfn mərasiminin keçirildiyi bölgəyə Qəzza sektorundan iki raket atılıb. İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ərəblərin atdığı İsrailin cənubundakı Şəər xa-Neqev bölgəsində dağıntılara səbəb olub. Yada salaq ki, A.Şaron yanvarın 13-də xa-Neqev səhrasında yerləşən "Şikmim" adlı şəxsi mülkündə - ailə fermasında həyat yoldaşının qəbrinin yanında dəfn edilib.






Fikirlər