Sabirabadda büdcə yağmalanması
İcra başçısının birinci müavini Həsən Həsənov təşkilalardan Müdafiə Fonduna məcburi pul yığır
Sabirabad rayonunda büdcə təşkilatlarında işləyənlərdən əmək haqqının 1 faizi qədər Müdafiə Fonduna adı altında məcburi qaydada pul yığılır. Bu barədə Azertaym.az-a rayondakı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, bu proses könüllü həyata keçirilməlidir. Lakin rayon icra başçısının 1-ci müavini Həsən Həsənov bu prinsipləri bir kənara qoyaraq, öz bildiyi kimi hərəkət edir. Belə ki, o, hamıya bunun xüsusi tapşırıq olduğunu deyir. Məlumatda deyilir ki, Həsənov pulu aldıqdan sonar onlara qəbz belə vermir. Ehtimal olunur ki, bu pulları müavin özünə götürür ki, qəbz də verilmir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.