Şağan Pansionatında biabırçılıq

Tibb bacısını işdən çıxaran müdriyyət ondan 500 manat alaraq geri qaytarıb
Şağan Pansionatında biabırçılıq

Son dövrlər ölkənin müxtəlif sahələrində korrupsiya və rüşvət faktları ilə bağlı yeni-yeni məlumatlar daxil olmaqdadır. Azrtaym.az-a verilən məlumata görə, Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında biabırçılıqlar baş verir.
Məlumatı verən şəxs qeyd edib ki, pansionatın baş həkimi Arif Məmmədov yeni pul yığımı kampaniyası həyata keçirir. Belə ki, o, bu yığımı işçiləri işdən çıxarmaqla reallaşdırır.
Məlumatda deyilir ki, Arif Məmmədov pansionatda işləyən tibb bacılarını işdən çıxardıqdan sonra yenidən işə qəbul etmək üçün onlardan pul istəyir. Qeyd olunur ki, bu yaxınlarda pansionatda çalışan tibb bacılarından biri əvvəlcə işdən çıxarılsa da, ondan 500 manat alınaraq yenidən geri qaytarılıb.
İndiyə qədər belə halların sayının onlarla olduğunu bildirən mənbə deyib ki, Arif Məmmədov bu addımını yuxarıdan ondan pul istəmələri ilə izah etməyə çalışır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırdır.






Fikirlər