GDU-nun prorektoru həbs olunub?

İddialara görə, onu həbsdən çıxarmaq üçün pul yığılır
GDU-nun prorektoru həbs olunub?

Bu yaxınlarda Gəncə Dövlət Universitetində kadr dəyişikliyi baş vermişdi. Dövlət başçısının sərəncamı ilə universitetinin rektoru Elman Məmmədov işdən çıxarılmışdı.
Bəzi məlumatlara görə, Məmmədovun işdən çıxarılmasının əsas səbəbi yol verdiyi nöqsanlar olub. Özü də bu nöqsanlardan biri də siyasi xarakter daşıyıb.
Lakin Elman Məmmədovun işdən çıxarılması və GDU ilə bağlı maraqlı yeni xəbərlər də var. Azertaym.az-a daxil olan məlumatda vurğulanır ki, Elman Məmmədov işdən çıxarılmamışdan bir həftə əvvəl saxlanılıb. İddialara görə, o, bu müddət ərzində həbsdə yatıb. Razılaşma əldə edildikdən sonra azadlığa buraxılıb və işdən çıxarılıb.
Azertaym.az-a verilən məlumatda o da vurğulanır ki, həmin vaxt E.Məmmədovla yanaşı, GDU-nun prorektorlarından biri də saxlanılıb. Mənbə iddia edir ki, prorektor hələ də həbsdədir və onun azad edilməsi üçün universitetdə və yaxın qohumları arasında pul yığılır. Həmin prorektorun kimliyi barədə isə dəqiq məlumat verilmir. Mənbə də deyir ki, ad çəkilərsə, onun işi daha da ağırlaşa bilər. Ona görə də, tərəflər məsələnin qapalı saxlanılmasında maraqlıdırlar.






Fikirlər