Hökumət islahata gedir?

Şahin Mustafayev baş nazir postuna gətirilir
Hökumət islahata gedir?

Baş nazir Artur Rəsizadənin qocalması və onun dəyişdirilməsi ilə bağlı prosesin çoxdan başlandığına dair hələ xeyli əvvəldən məlumat var idi. Lakin hakimiyyət dairələri uzun müddət bu dəyişikliyə məhz kadr olmaması səbəbindən gedə bilmirdilər.
Azertaym.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, rəsmi dairələr artıq namizəd tapıblar. Həmin məlumatda deyilir ki, yaxın vaxtlarda baş nazir Artur Rəsizadə vəzifəsindən uzaqlaşdırılacaq. Və onu böyük ehtiramla yola salacaqlar. Yeni hökumət başçısı isə hal hazırda iqtisadi inkişaf naziri Şahin Mustafayev təyin olunacaq. Mənbə bildirir ki, bu addım ya ilin sonuna kimi reallaşmalıdır, ya da gələn ilin əvvəlində təyinat olacaq.
Niyə məhz Şahin Mustafayev? Mənbə deyir ki, İİN başçısının üzərində dayanılması heç də səbəbsiz deyil. Birincisi, o, hakimiyyət daxilində heç bir qruplaşmaya qoşulmur. Eyni zamanda, Mustafayev iddiasızdır və o özünü İİN rəhbəri kimi ən yüksək pillədə görür.






Fikirlər