İki icra başçısı hədəfdə

Qazax və İmişli rayonlarının rəhbərləri Bakıya çağırılıb
İki icra başçısı hədəfdə

Son zamanlar hakimiyyət daxilində cərəyan edən olaylar bir sıra məmurların özfəaliyyətə keçidi ilə nəticələnib. Belə ki, üzərlərində «yuxarıların» hər hansı nəzarətini hiss etməyən bəzi çinovniklər isə daha da irəli gedərək, hətta büdcə pullarını talamağa belə girişiblər.
Mötəbər mənbələrdən Azertaym.az-a verilən xəbərlərdən aydın olur ki, son bir ay ərzində iki rayonun icra hakimiyyəti tərəfindən təqdim olunan müvafiq maliyyə hesabatlarında çox ciddi qanun pozuntuları aşkarlanıb: «Həmin rayonlardan biri İmişli, digəri isə Qazax rayonudur».
Onu da bildirək ki, İmişli rayonuna hazırda Samuxun sabiq icra başçısı Vilyam Hacıyev rəhbərlik edir və zaman-zaman bu adamın adı müxtəlif korrupsiya əməllərində hallandırılıb. Məsələn, onun hətta prezidentə də yalan söyləyərək, Samuxdakı çay evlərindən birini «Şahmat Klubu» kimi təqdim etməsi faktı yerli mətbuatda dəfələrlə yazılıb.
Mənbəmiz bildirir ki, artıq hər iki rayonun icra başçısı təcili surətdə Bakıya çağrılıb: «Onlarla bağlı hansı ölçünün götürüləcəyi məlum deyil. Amma söhbət böyük miqdarda yeyintidən gedir».






Fikirlər