Astarada qaz vurub, qazan doldururlar
Astarada hadisələr bu şəkildə davam edərsə, əhali ayağa qalxacaq. Bunu rayon sakinləri Azertaym.az-a deyiblər. Onlar bildiriblər ki, qəzəblənmələrinə səbəb Astara Qaz-İstismarı İdarəsinin özbaşınalığıdır.
Məlumatı verən şəxslər qeyd ediblər ki, adıçəkilən idarənin əməkdaşları təbii qazdan istiafdə məsrəfini şişirdilmiş rəqəmlərlə ifadə ediblər. Belə ki, noyabr ayı üçün qaz sayğaclarındakı göstəriciləri qəsdən 100-200 kub artıq yazıblar. Məlumatda vurğulanır ki, bu isə daha çox pul ödənişi məqsədi ilə həyata keçirilir.
Azertaym.az-a çatan bilgilərdə vurğulanır ki, Astara Qaz-İstismarı İdarəsinin rəhbərliyi həm mövcud borclarını, həm də icra başçısı Qəzənfər Ağayevin ondan tələb etdiyi “haqqı” ödəmək üçün bu addımı atmalı olub. Məlumatda o da vurğulanır ki, idarənin rəisi Zaur Rzayevdən postunda qalması üçün icra başçısı 100 min manat istəyib. İdarənin “Azərqaz”a olan borcu isə bir neçə yüz min manat təşkil edir.