Qaçqınlar ayağa qalxdı

Noyabrın 19-da Nərimanov rayonu, Fətəli Xan Xoyski 98 ünvanında yerləşəm binanın 120-ə yaxın sakini etiraz aksiyası keçirib.
Azertaym.az-ın məlumatına görə, Cəbrayıl, Kəlbəcər və Zəngilandan olan məcburi köçkünlərin aksiya keçirməsinə səbəb onların yaşadıqları binadan zorla çıxarılmaları olub: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları da hadisə yerindədir. Onlar bildirdilər ki, köçürülmə universitet yataqxanalarının boşladılması ilə bağlı verilən göstərişə əsasən həyata keçirilir. Məcburi köçkünlərin əşyalarını daşımaq üçün yük maşınları həyətdə gözləyir. Onlar həmçinin bildirdilər ki, məcburi köçkünlərə Masazır qəsəbəsindəki yeni tikilən binadan ev verilib. Sakinlər isə köçmək niyyətində deyillər. Onlar bildirilər ki, həmin ərazi əlverişsizdir, tikinti tam başa çatmayıb, heç bir infrastruktur qurulmayıb və uşaqlar üçün məktəb yoxdur”.
Təxminən yarım saat çəkən aksiya nəticəsində sakinlər yaxınlıqdakı yolu bağlamağa cəhd göstəriblər: “Aksiyaya məktəb tələb edən uşaqlar da qoşulub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, sakinlərin aksiyasının qarşısı alınıb. Daha sonra isə “Qaçqınkom”un nümayəndələri evləri gəzərək siyahını tərtib etməyə başlayıblar. Bina sakinləri isə bildiriblər ki, şikayətlərinə baxılmasa Prezident Administrasiya qarşısında aksiya keçirəcəklər”.
Qaçqınlar ayağa qalxdı
Qaçqınlar ayağa qalxdı
Qaçqınlar ayağa qalxdı






Fikirlər