Cəlilabadda yığım kampaniyası

Ədalət Əsgərov Hesablama Palatasına haqq vermək üçün orta məktəblərdən pul yığır
Cəlilabadda yığım kampaniyası

Hesablama Palatası Cəlilabad rayonunda idarə və təşkilatlarda yoxlamalar aparır. Bu barədə Azertaym.az-a rayon sakinləri məlumat veriblər.
Onların verdiyi məlumata görə, proses 3 aydır davam edir və ən böyük çatışmazlıq isə rayon Təhsil Şöbəsində qeydə alınıb. Məlumatda vurğulanır ki, Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov düşdüyü vəziyyətdən çıxmaq üçün palatanın nümayəndələri ilə anlaşmaq məcburiyyətində qalıb. Həmin anlaşmaya əsasən Əsgərov Bakıdan gələnlərə 30 min manat pul verməlidir ki, əyri işləri ört-basdır olunsun.
Məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdiri həmin pulu isə müəllimlərin üzərinə qoyub. Qeyd olunur ki, bu məqsədlə artıq bütün orta məktəb direktorlarına göstəriş verilib ki, hər müəllimdən 30 manat pul tutulsun və bu məcburi qaydada aparılsın.
O da vurğulanır ki, Ədalət Əsgərovun bu göstərişi Göytəpə Şəhər 1 saylı Orta Məktəbində ciddi narazılıqla qarşılanıb. Azertaym.az-a çatan bilgilərə görə, müəllimlər artıq şöbə müdirinə etiraz edərək, tələb olunan pulu verməkdən imtina etdiklərini çatdırıblar. Bəzi iddialara görə, Əsgərov da onlara bu hərəkətlərinin qarşılığında başının hələlik qarışıq olduğu və Hesablama Palatasının işçiləri rayondan getdikdən sonra onlarla hesablaşacağını vurğulayıb.






Fikirlər