Misir Mərdanovdan şok etiraf
"Məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri bəzi məlumatları gizlədir"
Bu gün təhsil naziri Misir Mərdanov müəllimlərin işə qəbulu ilə bağlı kollegiya iclası keçirib. Azertaym.az-ın məlumatına görə, iclasda çıxış edən Misir Mərdanov bildirib ki, bəzi yerlərdə vakant yerlərlə bağlı verilən məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, yerlərdə vakant müəllim yerləri ilə məlumatlar Təhsil Nazirliyinə verilmir: “Həmin məlumatlar məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri tərəfindən gizlədilir. Nazirlik bu məsələ ilə ciddi tədbirlər görəcək”.