“Öləcəyiksə, adam kimi ölək”

Ərdoğan: Türkiyə-Misir–Qətər, Səudiyyə Ərəbistanı ilə birlikdə əl-ələ verməliyik”
“Öləcəyiksə, adam kimi ölək”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının həftəlik qrup toplantısında çıxışı zamanı Qəzza probleminə toxunub.
Baş nazir BMT Təhlükəsizlik Şurasının qərarını gözləməyəcəklərini deyib. “3 yol var. Ya əlimizlə, ya dilimizlə mübarizə aparacağıq, ya da qəlbimizlə dua edəcəyik. Bu addımları atmağa məcburuq. Başda ABŞ olmaqla bütün Qərb dövlətləri ikili həll təklif edir. İkili həll hanı? Fələstini boşaldıb İsrailə vermək istəyirlər. Türkiyə-Misir–Qətər, Səudiyyə Ərəbistanı ilə birlikdə əl-ələ verməliyik. BMT təhlükəsizlik Şurasının qərarını gözləsək, halımız pərişan olar. Bu gün onlardır, sabahsa biz. Öləcəyiksə adam kimi ölək”.






Fikirlər