Ərdoğan İsraili “terrorçu dövlət” adlandırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail hökumətini Qəzzada terror aktları törətməkdə günahlandırıb.
Bu haqda Ərdoğan İstanbulda keçirilən Avrasiya İslami Şurası konfransında çıxış edib.
O, İslamı terrorizmlə assossasiya edənlərin müsəlmanların kütləvi qırılmasına, Qəzzadakı uşaqların qətliamına göz yumduqlarını deyir. “Buna görə də Mən İsrailin terrorçu dövlət, onun hərəkətlərinin isə terror aktı olduğunu deyirəm” – Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu sabah “Ərəb Liqası”-dan olan bir sıra xarici işlər nazirləri ilə birlikdə Qəzza bölgəsinə səfər edəcək.