Putin Türkiyəyə niyə gəlir?
Ərdoğan: “Suriya probleminin açarı Rusiyadadır”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya problemindən danışarkən Rusiyanın roluna toxunub. Azertaym.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, türk Baş nazir qeyd edib ki, Rusiya Suriya probleminin həllində önəmli fiqurdur və böhranını açarı onun əlindədir.
Ərdoğan Putinin Türkiyə səfərində Suriya məsələsinin geniş müzakirə olunacağını deyib: “Putin dekabrın 3-ü Türkiyəyə gəlir. Biz Suriya problemini geniş müzakirə edəcəyik.
Hazırda Rusiya münaqişənin həllində açar rolunu oynayır. Rusiyanın mövqeyi həlledicidir”. Ərdoğan həmçinin qeyd edib ki, İranın mövqeyi də Moskvadan asılıdır. “Rusiya mövqeyini dəyişərsə, bu, Tehrana da təsir edəcək”.