NATO Türkiyəyə “Patriot“ raketləri verəcək

NATO Türkiyəyə “Patriot“ raketləri verəcək
Türkiyənin NATO-ya “Patriot” raketləri ilə bağlı rəsmi müraciət edəcək. Bu barədə Almaniyanın müdafiə naziri Tomas de Maiziere məlumat verib.
O, qeyd edib ki,söhbət NATO-ya məxsus raketlərin 900 km. uzunluqda olan Suriya-Türkiyə sərhəddinə yeridilməsindən gedir.
Türkiyə isə bəyan edib ki,Suriya tərəfindən baş vermiş sərhədyanı hücumlardan dolayı NATO-dakı müttəfiqləri ilə sözügedən sərhəd xəttinin təhlükəsizliyimi təmin etmək üçün müzakirələr aparır.
Başqa bir xəbərdə bildirilir ki, Almaniya və Hollandiya “Patriot“ raket komplekslərini Türkiyəyə verməyə hazırdır: “NATO gərəksiz yerə mövcud edyil“, Hollandiyanın müdafiə naziri Jan Hennis-Plashert deyib.
Qeyd edək ki, dünyada yalnız ABŞ,Almaniya və Hollandiya “Patriot“ raketlərinə sahibdir. Hələ ötən həftədən Almaniya və Hollandiya ilə Türkiyə arasında bu raketlərin alınması ilə bağlı danışıqlar başlayıb.






Fikirlər