Rusiya Türkiyəni hədələdi

Ankaraya “Patriot” xəbərdarlığı edən Moskva 100 tonluq raketlər hazırlayacaq
Rusiya Türkiyəni hədələdi

Rusiya, Türkiyənin Suriya sərhəddinə yerləşdirdiyi Patriot raket mərmisinə görə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Türkiyə-Suriya sərhədinə Patriot yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib.
Türkiyənin hakim partiya sədrinin müavini Hüseyn Çelik mətbuat konfransında çıxışı zamanı bildirib ki, Suriya sərhəddinə yerləşdirilən Patriot raketinin tətiyi Türkiyədə olacaq.
Bunun ardından isə məlum olub ki, Rusiya Müdafiə Nazirliyi NATO-nun Avropanın şərqində yerləşdirməkdə olduğu raketdən müdafiə sisteminə cavab olaraq 100 tonluq qitələr arası raket hazırlayacaq. Bununla bağlı Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının komandanı general-leytenant Sergey Karakaev açıqlama verib.
Onun sözlərinə görə, sözügedən raketlər Rusiya ordusunda aparılan yenidənqurma proqramı çərçivəsində həyata keçiriləcək və gələn onların kütləvi istehsalına başlanılacaq.






Fikirlər