Sabirabddakı işıq dirəkləri çatladı

4300 avroluq dirəklər istifadəyə yararsız vəziyyətə düşüb, İcra Hakimiyyəti isə pul silmək üçün imkan əldə edib
Sabirabddakı işıq dirəkləri çatladı

Sabirabad rayonunda bu yaxınlarda küçələrə quraşdırılmış elektrik dirəkləri sıradan çıxmağa başlayıb. Azertaym.az rayon sakinlərinə istinadən məlumat verir ki, dəyəri 4300 avro olan bu dirəklərin çatladığı artıq hamı tərəfindən müşahidə olunur.
Dirəklərin iki ay bundan əvvəl quraşdırıldığını deyən yerli sakinlər bildirirlər ki, həmin qiymət şişirdilmişdir və qeyd olunan vasitələr də keyfiyyətsizdir. Əks təqdirdə, onların durduqları yerdə çatlaması mümkün olmazdı.
Bu əsnada o da məlum olub ki, Sabirabad rayon İcra Hakimiyyəti məsələdən xəbər tutduqdan sonra dirəkləri dəyişdirməyə çalışır. Bununla bağlı artıq yeni smetanın hazırlandığı deyilir. Məlumatda vurğulanır ki, bu dəfə də şişirdilmiş qiymətlərdən yararlanacaq icra başçısı yeni qazanc mənbəyi tapıb.






Fikirlər