İsveçrə hökumətindən əcaib addım
Azərbaycan ictimai-siyasi sektorunda tanınmış şəxslərdən biri, Azərbaycan Avropa Hərəkatının keçmiş prezidenti Surxan Lətifov artıq uzun müdətdir ki Azərbaycandan kənarda yaşayayır.
Xatırladaq ki, o, ötən ilin noyabrında ölkəni tərk edib. Belə ki, 2011-ci ilin oktyabrında S.Lətifov Beynəlxalq Avropa Hərəkatının Yerəvanda təşkil etdiyi beynəlxalq konfransda aktiv iştirak edib. Lakin o, geri dönərkən Bakıda hava limanında təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq uzun müddət sorgu-sual edilib. Sonradan, hakimiyyət orqanları Avropa Hərəkatında nəzarəti ələ keçirmək üçün ona qarşı müxtəlif təzyiq vassitələrindən istifadə ediblər. Belə ki, ondan hərəkatın İdarə Heyətini formalaşdırmaq üçün daha çox hakimiyyətə yaxınlığı ilə tanınmış bəzi QHT və millət vəkillərindən ibarət siyahını təsdiq etməsi tələb olunub. Lakin, bu cür vassitələrin effektsiz olduğunu görən orqanlar digər vasitələrə əl atmağa başlayırlar. Bu dəfə onu xarici ölkələrin təhlükəsizlik orqanları ilə əməkdaşlıqda şantaj ediblər. Artıq, vəziyyətin ciddi olduğunu və saxta ittihamlarla həbs edilməcəyini bilən S.Lətifov ölkəni tərk etmnəyə məcbur olub.
Hal–hazırda İsveçrədə yaşamasına baxmayaraq, Azərbaycanda hakimiyyət orqanları onun əlaqələrini əldə etməyə cəhd etmələri barədə məlumatlar daxil olur. O, İsveçrə hakimiyyət orqanları tərəfindən bu ölkədə ona sığanacaq vermə müraciətinə mənfi cavab alıb. Maraqlıdır ki, fəaliyyəti ilə Avropa dəyərlərini, Avropaya inteqrasiya prossesini daim müdafiə etdiyinə görə təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq məhz Avropa ökləsindən biri olan İsveçrə dövləti onun müraciətinə müsbət cavab verməyib. Buradan belə bir sual ortaya çıxır: Görəsən İsveçrə hökuməti hansı dəyərlərə üstünlük verir?
Yuxarıda qeyd olunan faktları əlaqə saxladığımız S.Lətifovda təsdiqlədi və bildirdi ki, bütün bunlara baxmayaraq o, hüquqi status almaq uçun bütün qanuni vasitələrdən istifadə edəcək.