Texniki Universitetdə pul yığmanın yeni metodu

Həmkarlar İttifaqı tələbələrdən 5 manatdan pul toplayır
Texniki Universitetdə pul yığmanın yeni metodu

Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı sözün həqiqi mənasında dilənçiliklə məşğuldur. Bu barədə Azertaym.az-a məlumat verən tələbələr bildiriblər ki, həmkarların nümayəndələri dərs otaqlarına daxil olaraq, hər tələbədən 5 manat pul istəyirlər.
Bunun nə üçün toplanıldığını soruşduqda isə «Biz sizin hüquqlarınızı qoruyacağıq» cavabını veriblər. Tələbə yenidən «hansıhüquqlarımızı» soruşduqda isə həmin şəxs «Siz verin, görəcəksiniz» deyib.
Azertaym.az-a danışan tələbələr bildirirlər ki, artıq bu total şəkil alıb və əksər tələbələr də onlardan çəkindikləri üçün 5 manatı ödəyirlər. Amma bir çoxları da bu pulu verməkdən imtina ediblər. Onlar deyirlər ki, Texniki Universitetin Həmkarlar İttifaqı dilənçilik edib, hüquq müdafiəçisi olmaq istəyir.






Fikirlər