SABİQ NAZİR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Açıqlama

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

"AzPolitika" modern.az-a istinadla xəbər verir ki, eks-nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam" - deyə, o, bildirib.

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.






Fikirlər