09.02.2014. - Baş Prokurorluqdan Misir Mərdanov açıqlaması gəldi - (Yenilənib)

09.02.2014. -  Baş Prokurorluqdan Misir Mərdanov açıqlaması gəldi - (Yenilənib)
09.02.2014. -  Baş Prokurorluqdan Misir Mərdanov açıqlaması gəldi - (Yenilənib)













"Saxta diplom qalmaqalı ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun
istintaqa dəvət olunacağı barədə kütləvi informasiya vasitlərində yer alan məlumatlar sensasiya xatirinə yayılıb”.


Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib.

“Kiminsə istintaqda dindirilməsi ilə bağlı əvvlcədən necə xəbər yaymaq olar? Kimsə "dindiriləcək", "həbs olunacaq", "istintaqa çağrılacaq" kimi xəbərləri yaymağa nə ehtiyac var? Səhv edirlər ki, əvvəlcədən elə informasiyaları yayırlar. Guya böyük şey olacaq? Əgər dindiriləsi olsa, bu barədə xəbər verərik. Vəzifəsindən asılı olmayaraq, hər kəs istintaqa çağrıla bilər. Amma bu xəbər barədə deyirəm ki, bu, sensasiya xatirinə yayılıb”,- deyə Eldar Sultanov vurğulayıb.

Xatırladaq ki, kütləvi informasiya vasitlərində “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb.

Məlumatlarda qeyd olunub ki, bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqqında araşdırma aparılır.
Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.

* * * 11:53

Azərbaycanda “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.

Qəzetin məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir: “Cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb”.

Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib. Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: “O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur”.

A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar.

Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir.

Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Müəllimlər İnstitutunun Qazax filialı olub.






Fikirlər