Bu gün Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür

Bu gün Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası imzalanma üçün açıq elan edilib.


Azertaym.az xəbər verir ki, Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Bu əlamətdar gün ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir.






Fikirlər