ZAHID ORUC: “ELŞAD ABDULLAYEVIN ƏMLAKI MÜSADIRƏ OLUNMALIDIR”

ZAHID ORUC: “ELŞAD ABDULLAYEVIN ƏMLAKI MÜSADIRƏ OLUNMALIDIR”

“Baş Prokurorluq Elşad Adbullayev barəsində açdığı cinayət işini sadəcə neytral bir vəziyyətdə saxlamaqla kifayətlənməməlidir və lazımi işləri görməlidirlər”. Bunu AzVision.az-a açıqlamasında millət Zahid Oruc fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev barəsində açılmış cinayət işi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, müxtəlif dairələr elə bir çətir qurublar ki, onu yarib keçmək və Elşad Abdullayevin ekstradesiyasına nail olmaq reallaşmır: “Düşünürəm ki, bu o nəticənin göstəricisidir ki, nə dərəcədə beynəlxaq aləmdə kimlərsə hüquqa böyük dəyərlər verirlər. Açıq-aşkar dəyərləri cinayət məsuliyyəti doğuran bu şəxsin himayədarları xeyli dərəcədə Azərbaycan əleyhinə olan dairələrdir. Buna şübhə yoxdur ki, onlar müxtəlif dövrlərdə səs-küylü videolarını gündəmə gətirməklə ictimai rəyi bulaşdırmaqla, cəmiyyət həyatı əsas istiqamətdə deyil müxtəlif kriminal olaylara bağlamaq niyyəti güdürlər. Başqa tərəfdən heç şübhəsizki, gündəlikdə belə məsələlər olduğu təqdirdə vətəndaş üçünü motivlər deyil, daha çox dedi-qodulara hər hansı bir kompromant faktlarının analizlərinə meydan veriləcək. Bu isə özlüyündə çox mənfi haldır”.

Millət vəkili ölkə daxilində də Elşad Abdullayevin himayədalarının olduğunu qeyd edib: “Məsələnin başqa bir tərəfi də odur ki, hazırda ölkə daxilində Elşad Abdullayevi müdafiə edənlərin hakimiyyət əleyhinə bir cəbhə açmağıdır. Korrupsiyaya qarşı mübarizəni özünün ideologiyası elan edən müxalif dairələr Elşad Abdullayevi həm informativ, həm siyasi cəhətdən ciddi müdafiə edirlər. Bunun özü sübut edir ki, onların korrupsiyaya qarşı mübarizə üsulu nədən ibarətdir? Elşad Abdullayev həmin çirkli vasitələrlə qazandıqları pulların kiçik bir vasitəsini bu mübarizəyə yönəltsə onu da məmnunluqla qəbul edərlər”-deyə, Z.Oruc vurğulayıb.

Deputat Elşad Abdullayevin mənimsədiyi pulların tələbələrə qaytarılması məsələsinə də toxunan deputat qeyd edib ki, sabiq rekorun mülkləri məhkəmə tərəfindən müsadiə olunmalıdır: “Məsələnin ən önəmli tərəfi tələbələrin kütləvi olaraq aldadılmasıdır və buna görə də Elşad Adbullayev məhkəmə qarşısında cavab verməlidir. Bu özü-özülüyündə sadəcə hüququn yerbəyer olunması, ədalət mühakiməsinim təminatı baxımından deyil, daha artıq dərəcədə aldadılmış insanların, onların valideynlərinin bu illər ərzində çəkdikləri məhrumiyyətlərə müəyyən səviyyədə son qoymaq lazımdır. Müəyyən səviyyə ona görə deyirəm ki, bu problem indi Azərbaycan təhsilində bir yara olaraq qalmaqdadır. Çünki minlərlə tələbə mənim bildiyim qədər 5220 şəxs guya bu universitetə qəbul olunub. Onlar Elşad Abdullayevin 4 illik bazarında qanun pozuntularının, rüşvət tələlərinin alətinə çevriliblər.

Ortalama hesablanan rəqəmlərə istinad eləmək istəyirəm. Bir tələbənin qeyri-rəsmi olaraq oraya ödədiyi və qəbul zamanı Elşad Abdullayevə verdiyi məbləğ 13-15 min manata yaxındır. Biz bunu 5 min rəqəminə vuranda milyonlara manat vəsaitin əldə olunduğunu görürük. Elşad Abdullayevin ölkə içərisində kifayət qədər malikanə və mülkinin, əmlakının olduğu haqqında mətbuatda məlumatlar geniş şəkildə dərc olunur. Məhkəmə bu məsələdə qiyabi bir hökm variantına getməlidir. əgər həqiqətən də onu gətirə bilmirsə, bu məsələlərlə bağlı tələbələrin iddialarını nəzərə alıb məhkəmə qaydasında icraatına götürüb onun mülklərinin bir hissəsini müsadirə etmək lazım olacaq və sonradan onu hərrac yolu ilə sataraq tələbələrin pulları ödənilməsi çox ödənilməlidir. Çünki başqa halda bu insanlar diplomla təmin oluna bilmirlər, 4 illik zəhmətləri arxada qalıb. Müxtəlif dövlət orqanlarına və parlamentə müraciət edirlər. Mənə də bu barədə çoxlu şikayətlər gəlir. Amma bunun baiskarı Fransada, Strasburqdan ədalət mücəssiməsi kimi guya hakimiyyətlə hansısa bir mübarizəsini aparır. Əgər Mahir Abdullayev onun üçün bu qədər əzizdirsə, 5 mindən artıq tələbənin isə heç bir qiyməti yoxdursa, Elşad Abdullayevin dırnaqarası mənəviyyatını tamamilə sübuta yetirir.

Bütün hallarda Elşad Abdullayev məhkəmə qarşısında cavab verməlidir”.






Fikirlər