Cahid Şahbazovun əməliyyatından sonra gözünün kor olduğunu iddia etdi...

Cahid Şahbazovun əməliyyatından sonra gözünün kor olduğunu iddia etdi

 

Göz əməliyyatı keçirən Humay Əliyeva adlı qız görmə qabiliyyətini itirdiyini bildirib.

Bununla bağlı Axşam.az-a şikayət edən Humay onu tanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyini deyib. O bildirib ki, sol gözü kor olub:

"Caspian Hospital"da müayinə olundum və səhv diaqnoz qoyuldu. Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Bir çox faktların olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin. Mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstə var. Onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz, mənim çox güclü vəkillərim var".






Fikirlər