17.07.2014- Toydan yığılan 90-min yandı

17.07.2014- Toydan yığılan 90-min yandı İyulun 15-də Lənkəran rayonunun Narbağı kəndində baş verən yanğın ev sahibinə 90 min manat zərər vurub.

Fins.az-ın məlumatına görə, kənd sakini Nazim Şükürova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 2 otaq və şüşəbənddən ibarət ev yanıb. Yanğına soyuducunun naqillərində yaranan nasazlıq səbəb olub: “Hər şey yanıb kül oldu. Özümüzü güclə xilas etmişik”.

Oğluna yenicə toy etdiyini deyən N. Şükürov 2 gəlininin cehizinin, 7800 manatlıq zinət əşyalarının, toydan qalan 2 min manat pulun, ev avadanlıqlarının yandığını bildirib.
Yanğın nəticəsində 90 min manata yaxın ziyan dəydiyini bildirən ev sahibi evin sığortasız olduğunu bildirib: “Sığorta haqqında məlumatlı olmamışam. Nə də indiyə qədər sığorta şirkəti gəlib təbliğat aparıb. Bilsəydim nəinki 30, 100 manat olsaydıda evi sığorta etdirərdim, təki belə vəziyyətə düşməyək”.



hİKMƏT






Fikirlər