Sumqayıtda “Etilen-Polietilen” zavodunda yanğın olub

Sumqayıtda “Etilen-Polietilen” zavodunda yanğın olub
Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda yanğın olub. Azertay.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə dünən baş verib.
Zavodun nasosxanasına məxsus gücü 1000 KVt olan transformatorun çıxış kabelləri 2 poqometr və ətrafına dağılmış yağ 5 kv. m sahədə yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər