Sumqayıtda şam qıtlığı

Sakinlər “dünyanın sonu”na hazırlaşır
Sumqayıtda şam qıtlığı

Tibet Lamasının dekabrın 21-də “dünyanın sonu” olacağına dair verdiyi proqnozlar artıq cəmiyyətdə kifayət qədər təşvişə səbəb olub. Bu proqnoza inananlar da, inanmayanlar da “qara gün” üçün tədarük görməyə başlayıblar.
Bizim ölkədə də Apokalipsis insanları panikaya salıb. Bu “qorxulu” tarix yaxınlaşdıqca, dükanlarda şam, şirniyyat, suxari, fənər və s. qıtlığı yaranıb.
Sumqayıt sakinlərinin verdiyi məlumata görə, gün ərzində insanlar onlarla dükanı dolaşsalar da, şam tapa bilməyiblər. Şamla yanaşı dükanlarda suxari, peçenye, makaron məmulatlarının da qıtlığı hiss olunmaqdadır. Deyəsən, “dünyanın sonu” bəzi işbazlara yaman düşərli olub.






Fikirlər