«Erməni soyqırımı: mif və gerçəklik» kitabının təqdimatı keçirilib

«Erməni soyqırımı: mif və gerçəklik» kitabının təqdimatı keçirilib
Dünən Bakıda «Erməni soyqırımı: mif və gerçəklik» adlı kitabın təqdimatı keçirilib. Tədbirdə Milli Məclisinin deputatları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Kitabın elmi redaktoru və məsləhətçisi Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, layihənin ideya müəllifi millət vəkili Adil Əliyevdir.
A. Əliyev bildirib ki, kitabın yeni formatda, rus dilində nəşri, Rusiya və digər ölkələrin kitabxanalarına paylanması və yayımı planlaşdırılır.
Tədbirdə çıxış edən millət vəkili Mübariz Qurbanlı kitabın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın son illər Ermənistan üzərində bir sıra cəbhələrdə-diplomatiya, erməni yalanlarının ifşası, iqtisadi və hərbi sahədə üstünlük əldə etdiyini deyən M. Qurbanlı bildirib ki, erməni ideologiyası uydurma «erməni soyqırımı»na əsaslanır: ««Erməni soyqırımı» isə dünya ermənilərini birləşdirməyə xidmət edir. Ermənilər bu gün Türk dünyasına qarşı ciddi təbliğat aparırlar».
Təqdimatda həmçinin qeyd olunub ki, kitabda xarici sənədlər Azərbaycan dilində dərc olunub.
Tədbirdə millət vəkilləri, tarixçilər çıxış edərək kitabın əhəmiyyətini qeyd ediblər.






Fikirlər