“Starlink” Azərbaycanda da fəaliyyətə başladı – Qiymətlər
AzerTaym.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “Starlink” şirkətinin “X” sosial şəbəkə hesabında məlumat verilib.
Bu xidməti əldə etməklə, Azərbaycanın istənilən yerində öz "çanağınızı" enerji mənbəyinə bağlamaqla yüksək sürətli peyk internetindən yararlana bilərsiniz.
Azərbaycanlı istifadəçilər
- 340 manata “Mini”,
- 670 manata “Standart”,
- 50 manat çatdırılma
- 100 manat aylıq abunəlik haqqı ödəməlidirlər.
Qeyd edək ki, “Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.
Xatırladaq ki, 2023-cü ildə RİNN yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə ABŞ şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışını nəzərdə tuturdu.