Türkiyədə məktəblilərə “erməni soyqırımı“ dərsi keçirlər

Türkiyədə məktəblilərə “erməni soyqırımı“ dərsi keçirlər
Türkiyədə Fransız məktəbində şagirdlərə qondarma erməni soyqırımı haqqında dərs keçildiyi ortaya çıxıb. Мəlumata görə, Ankarada türk şagirdlərin də təhsil aldığı Fransız məktəbindəşagirdlərə erməni soyqırımı haqqında dərs keçildiyi məlum olub.
Türkiyənin "Star" qəzetinin xəbərində bildirilir ki, məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) belə müzakirəyə çıxarılıb. Ankarada "Lyсee Francais Charles de Gaulle" adlı fransız məktəbində 6-cı sinifin dərs vəsaitində "Erməni soyqırmı (1915-1916)" başlıqlı bölmə yer alıb. Bu dərslik əsasında şagirdlərə qondarma soyqrım tədris edilib. Kitabdakı materialda deyilir: "Türklər erməni imperatorluğunu yox etməyə qərar verdi. 20-ci əsrin təqribən 1 milyon erməninin ölümünə səbəb olan ilk soyqrımı bu cür başladı. Müharibə zamanı ertmənilərin sayı iki milyon idi" .
Kitabda erməni Tçokgarian Hagop adlı uşağın da güllələndiyi yazılıb.
Məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə edilib və bu kitabların Təhsil Nazirliyində necə qeydiyyatdan keçməsi barəsində araşdırma aparılması qərara alınıb.






Fikirlər