Erməni manyak Rusiyada 3 qadını zorlayıb
Onu ömürlük həbs gözləyir
Rusiyanın Pyatiqorsk şəhərində 9 yaşlı məktəbli Anya Prokopenkonu zorlayaraq öldürən erməni Vladimir Ambarsumova qarşı ittiham irəli sürülüb. 40 yaşlı seksual manyak Cinayət Məcəlləsinin 3 maddəsinə əsasən seksual xarakterli hərəkətlərdə, zorlamada və qətldə təqsirləndirilir. Bu barədə məlumat Rusiya hüquq-mühafizə orqanlarından verilib.
9 yaşlı qızı zorlayaraq öldürən qatillə bağlı aparılan araşdırma bundan əvvəl də onun cinayət törətdiyini ortaya çıxarıb. Belə ki, Ambarsumov bundan əvvəl bir qadını və 12 yaşlı qızı zorlamaqda təqsirlıəndirilir. Müttəhim artıq öz cinayətini etiraf edib.
Qatil-manyakı ömürlük cəza gözləyir.