17 yaşlı qadın rinqdə doğdu
ABŞ-da 29 həftəlik hamilə qadın marafon yarışları zamanı uşağını dünyaya gətirib. Amber Miller adlı qadın Çikaqo marafonuna qatılanda ikinci uşağına hamilə olub. Yarış zamanı sancıları artsa da o yarışa davam edib və finiş xəttini keçəndən sonra ana olub.
17 yaşlı Pamela Vuqts isə rinqdə doğub. Gənc qadın hamilə olduğunu bilmədən kikboksinq maçı üçün ringə çıxıb. Qarnına təpik dəyəndən sonra 7 aylıq hamilə olan qız uşaq doğub.
Nyu-Yorda 31 yaşlı hamilə qadın körpəsini liftdə dünyaya gətirib. Belə ki, həkimlər onu hələlik doğuşa vaxt qaldığını deyərək evə göndəriblər. Qadın heç mənzilinə gəlib çatmamış uşağını qucağına alıb.
Vyetnamdan Fillipinə gedən təyyarənin ayaqyolunada oğlan uşağı doğulub. Gənc ana oğluna uçuşu həyata keçirən "Emirates" hava limanının adına uyğun olaraq EK koyub.
Rumıniyada 528 kq çəkisi olan dünyanın ən ağır çəkili qadınlarından biri ana olub. Onu xəstəxanaya aparmaq isə o qədərdə asan başa gəlməyib.