HİNDİSTAN AĞ BAYRAQ QALDIRDI - Pakistanın cavab zərbələri sarsıdıcı olub + VİDEO (Yenilənir)
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. "AzPolitika" xəbər verir ki, "Samaa TV" bunu təsdiq edən görüntüləri yayıb. Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Pakistanın informasiya naziri Attaullah Tarar açıqlayıb. “Daily Pakistan” qəzetinin təhlükəsizlik güclərindəki mənbələrə istinadən verdiyi məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub. Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib. Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfərə şəhid olub, 46 nəfər yaralanıb. Bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb. “Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.
Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.
Qeyd edək ki, Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. “Report” xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib. Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb. Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb.