“YAP-ın namizədi İlham Əliyev olacaq”

Mübariz Qurbanlı: “Yekun qərarı isə qurultayda verəcəyik”
“YAP-ın namizədi İlham Əliyev olacaq”

“Hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədini 2013-cü ildə ölkədə keçiriləcək Prezident seçkiləri ərəfəsi təşkil olunacaq partiyanın qurultayında elan edəcək. Bu namizəd isə sözsüz ki, Prezident İlham Əliyev olacaq”. Bunu YAP-nin icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Millət vəkili söyləyib ki, YAP-ın öz namizədini guya, hələ də elan etməməsi ilə bağlı müxalifət bir sıra absurd və mənasız fikirlər irəli sürür: “Onların savadları yoxdur ki, belə fikirlər səsləndirirlər. Onlar hələ də bilmirlər ki, istənilən siyasi partiya öz namizədini keçirəcəyi qurultay zamanı elan edir.
Prezident İlham Əliyev YAP-ın yaranmasının 20 illik yubileyinə həsr olunan təntənəli tədbirdə iştirak edib. Müxalifət iddia edir ki, guya Prezident İlham Əliyev həmin tədbirdə öz namizədliyini elan etməli idi. Müxalifətin bu cür düşüncələri və iddiaları çox gülməli, savadsız və mənasızdır. Biz dəfələrlə bəyan etmişik və indi də bildiririk ki, YAP-ın namizədi Prezident İlham Əliyevdir”.






Fikirlər