“Karvan”dakı yanğın Nizami İsgəndərovun gəlirlərini artırıb

“Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərində keçidlər də icarəyə verilib
“Karvan”dakı yanğın Nizami İsgəndərovun gəlirlərini artırıb
Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş verən yanğın sabiq millət vəkili Nizami İsgəndərovun işinə yarayıb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, yanğın nəticəsində iş yerindən məhrum olan yüzlərlə xırda sahibkar N.İsgəndərova məxsus ticarət mərkəzlərinə axışıb: “Karvan”dakı yanğın “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərində boş qalan bütün mağazaların qısa zamanda dolmasına səbəb oldu. Mağaza ilə təmin olunmaq arzusu ilə N.İsgəndərova müraciət edən arendatorların sayı o qədər çoxdur ki, iş adamı hətta sahib olduğu ticarət mərkəzlərində alıcılar üçün nəzərdə tutulan keçidləri belə sektorlara bölərək xırda sahibkarların ixtiyarına verib. Nəticədə, tikildiklərini gündən ilk dəfə olaraq ticarət mərkəzlərindəki bütün yerlər tamamilə dolub. Hansı ki, “Karvan”dakı yanğına qədər məlum obyektlərində arenda qiymətləri hədsiz baha olduğu üçün həm “Cavid”, həm də “Sumqayıt” Ticarət Mərkəzi arendatorlar üçün o qədər də arzuedilən məkan hesab olunmurdu”.






Fikirlər