4 saylı şəhər xəstəxanasında fond pulu fırıldağı

Xəstələrdən kimlər hansı adla rüşvət tələb edir?
4 saylı şəhər xəstəxanasında fond pulu fırıldağı
Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında pasientlərdən fond pulu adı ilə rüşvət tələb olunur. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, işin ən maraqlı tərəflərindən biri fond pulu adı ilə hər bir xəstədən müxtəlif məbləğdə vəsaitin tələb edilməsidir: “Xəstəxanada pasientlərdən fond pulu adı ilə tələb olunan vəsaitin məbləği 20-30 manat arasında dəyişir. Hansı ki, eyni məqsəd üçün yığılan vəsaitin niyə hamıdan eyni məbləğdə tələb edilmədiyi, fond pulu anlayışının hansı mahiyyət daşıdığı, xəstələrdən bu adla pul tələb etməyin hansı qanun və ya daxili qərarla müəyyənləşdiyi, niyə bununla bağlı xəstələrə çek təqim edilmədiyi və s. məsələlərə heç kim aydınlıq gətirmir. Fond pulu daha çox bu iş üçün ayrılan müvafiq tibb bacıları tərəfindən yığılır ki, məlum məbləği ödəməkdən imtina edən xəstələr haqqında həkimə məlumat verilir. Belə olan hallarda isə həkimin işi həmin xəstəni fond pulu verməyin vacibliyinə inandırmaq və onun “ümumi qayda-qanundan” çıxmasının qarşısını almaq olur. Xəstələr isə hesab edir ki, dövlət müəssisəsində belə bir tendensiyanın mövcudluğu rüsvayçılıqdır və Səhiyyə Nazirliyi qısa zamanda bu özbaşınalığın qarşısını almalıdır”.






Fikirlər