Kreml təminat verir?

Yuri Şedrin: “Moskvada bazarların bağlanması azərbaycanlıların geri qayıtmasına səbəb olmayacaq”
Kreml təminat verir?

Yaxın vaxtlarda Rusiya paytaxtında 20-dən çox bazarın bağlanacağı ilə bağlı xəbərlər Azərbaycan-Rusiya iqtisadi-ticarət münasibətlərinə heç bir təsir göstərməyəcək. Bu barədə qonşu ölkənin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
O, Moskva merinin bu qərarını şəhərin sivil şəbəkə ticarətinə keçmək istəyi ilə əlaqələndirib. “Bu, azərbaycanlılara qarşı yönəlmiş qərar deyil və iki ölkə arasındakı əməkdaşlığa heç bir təsir göstərə bilməz. Rusiya bazarlarında Azərbaycan vətəndaşlarının əldə etdiyi gəlir Azərbaycanda çox fəal tətbiq olunur, həm iqtisadi, həm də sosial sahədə. Fikrimcə, bu qərar Rusiyada işləyən azərbaycanlıların geri qayıtmasına səbəb olmayacaq”.
Rəsmi statistik məlumatlara istinadən edən Şedrin bildirib ki, Rusiyada çalışan azərbaycanlılar ildə vətənə 1-1,5 milyard dollar göndərir, Azərbaycandakı orta və kiçik biznes də məhz bu vəsait hesabına formalaşır.
2013-cü il üçün iki ölkə arasında əməkdaşlıq perspektivlərinə gəldikdə isə Şedrin fövqəladə hall baş verməyəcəyi təqdirdə, ticarət dövriyyəsinin 3,2-3,5 milyard dollar olacağını proqnozlaşdırıb.






Fikirlər