Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda şəkərli diabet
Azərbaycanda şəkərli diabet25-05-2017, 11:51 |
“Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib”. “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib. Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə “diabet pəncərəsi” xidmətinin yaradılması planlaşdırılır: “Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır”.
Geri qayıt |