Azərbaycanda şəkərli diabet xəstələrinin SAYI ARTIB

635854748908106679_diabet

“Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.
Hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlərin xidmət göstərdiyini vurğulayan B.Salek bildirib ki, “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır: “Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə “diabet pəncərəsi” xidmətinin yaradılması planlaşdırılır: “Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır”.
O əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: “Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir”.

 






Fikirlər