Bu kəşfin sayəsində şəkərli diabet xəstələri gündəlik insulin qəbulundan xilas olacaq.
Bamya bir illik ekzotik ot bitkisi fəsiləsinə aiddir. Hələki, bizim mətbəxdə geniş istifadə olunmayan bu bitki ABŞ mətbəxində geniş istifadə olunan orqanik məhsullar siyahısında əsas yerlərdən birini tutur.
Moderator.az xəbər verir ki, Bamyanın həmçinin qadın barmaqları, qambo və başqa adlarla Avropa ölkələrində geniş kultivasiyası təşkil edimişdir. Bu bitkinin zəngin kimyəvi tərkibinə görə, bir sıra faydalı xüsusiyyətləri olduğu məlumdur.
Bamyadan cavanlaşdırıcı və maraqlı qüvvətləndirici qida kimi istifadəsi tövsiyyə edir.
Bu yaxınlarda beynəlxalq elmi qrup belə bir nəticəyə gəlmişdir ki, bamya şəkərli diabetin müalicəsində son dərəcə faydalı təbii məhsuldur. Bu bitkinin qida kimi requlyar istifadəsi gedişində aktiv genlərin dəyişildiyi aşkar edilmişdir. Elmi tədqiqat gələcəkdə bu bitkinin şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan pereparatın hazırlanması istiqamətində əsas araşdırma obyekti olacağını göstərir.
Hələ ki, bamyadan alınmış dərman yoxdur, ancaq onun su tərkibli hazırlanması mümkündür ki, bu da sizə insulin və başqa perparatlardan istifadə etmədən qanda şəkərin səviyyəsinin aşağı salınmasına yardım edəcək. Bamya tərkibində olan çoxsaylı liflər sayəsində bağırsaqlardan şəkərin sorulmasını yavaşladır.
Bəs, Bamya suyunu necə hazırlamalı?
Sizə lazımdır ki, bu tərəvəzi bir gecə ərzində bir stəkan suda saxlayasınız və həmin suyu növbəti günün səhəri içəsiniz.
Bamya həmçinin xərçəng xəstəlikləri riskini ən əsası da, yoğun bağırsağın xərçəngi riskini azaldır. Bamya əsaslı su depresiyanın götürülməsinə də yardımçı vasitə hesab olunur. Bundan əlavə bamya boğaz ağrısının, xora xəstəliyinin və hətda, ağ ciyərin bir sıra infeksion xəstəliklərinin müalicəsinə də kömək edir, çünki syouqdəymənin əlamətlərini götürən tərkibə malikdir.
Bir sözlə bu kəşfin sayəsində xeyli insan insulin asılılığından azad olacaq və şəkərli diabeti daha asanlıqla daşıyacaq