Əsas Səhifə > Dünya > İdiotla yaltaq
İdiotla yaltaq25-05-2016, 14:20 |
Azərbaycan qarabağlı ermənilərin torpaqlarını işğal etmişdi. İndisə qarabağlı ermənilər azaddır və beynəlxalq hüququn "millətin öz müqəddəratını təyin etməsi" prinsipinə uyğun olaraq müstəqilliklərini bəyan ediblər. Düşünmürəm ki, hansısa ciddi insan Dağlıq Qarabağın müstəqilliyinə şübhə etsin. Buna görə də Azərbaycana maksimum dərəcədə təzyiq göstərmək, Dağlıq Qarabağ ermənilərini dəstəkləmək gərəkdir". Bu sözlər hansısa erməni daşnakına, siyasətçisinə və ya Ermənistan prezidenti Serj Sarkisyan iqtidarının funksionerinə aid deyil. İqtibas gətirdiyim idiotizmin müəllifi Fransa parlamentinin deputatı Fransua Roşbluadır. O, Fransanın ali qanunverici məclisindəki ermənipərəst deputatların yaratdıqları "Fransa-Artsax" dostluq qrupunun sədridir. Necə ki, Fransua Roşblua Rukeni öz seçiciləri "Moron dégénéré" ("Kəmağıl degenerat"), "Un scélérat" ("Yaramaz") və ya "Un Traître" ("Xəyanətkar") təxəllüsləri ilə çağırırlar. Roşblua Fransadakı sosial şəbəkə istifadəçiləri tərəfindən məhz belə adlandırılır. Fəqət, Roşbluanya nə ad qoyulursa-qoyulsun, onun rəsmi adı Fransuadır və bu, faktdır. Ermənilərə az qala maniakal sevgisini nümayiş etdirməyə çalışdığını göstərən və bəzən də ermənidən artıq erməni olmaq istəyən Fransua Roşbluanın "tərəf"daşı isə Fransa parlamentindəki "Fransa-Ermənistan" dostluq qrupunun sədri Rene Rukedir. Lakin Roşblua-Ruke cütlüyünün bayopiki xatırladan siyasi emosiyalarının arxasında Fransadakı erməni diasporunun bilavasitə və güclü maliyyə yardımlarının durduğu ortaya çıxanda durum dəyişir. Roşblua həmişəki kimi, "emosional" çıxış edib: "Azərbaycanın əməlləri ilə bağlı Fransa parlamenti, hakimiyyəti və ictimaiyyətinə zəruri məlumatları çatdıracağam. Qoy hamı bilsin ki, indi səngərlərdə atəşkəs rejimi elan olunandan sonra doğulmuş qarabağlı erməni gənclərdir. Onlar mərdliklə və cəsarətlə vuruşurlar". Fransa parlamentinin iki deputatı faktiki olaraq cinayətlərini etiraf edib. O hüquq Azərbaycan ərazisinə ayaq basmaq istəyən istənilən əcnəbinin məhz Azərbaycanın müvafiq dövlət qurumlarından rüsxət alması, qeydiyyatdan keçməsini, viza prosedurlarının yerinə yetirilməsini tələb edir. Fransa parlamentinin "İdiot" və "Yaltaq" təxəllüsləri ilə tanınan iki deputatı bu sadə tələblərə əməl etməyib qanunu pozursa, onlar ölkə parlamentində və ya AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin çözülməsindən danışanda sürrealist mənzərə alınır. Geri qayıt |