İdiotla yaltaq QARABAGA gəldilər
"Dağlıq Qarabağda atəşkəs rejiminə nail olmaq problemin həlli deyil. Problemin çözülməsinin qarşısını alan başlıca maneə Azərbaycandır. Azərbaycan qarabağlı ermənilərin torpaqlarını işğal etmişdi. İndisə qarabağlı ermənilər azaddır və beynəlxalq hüququn "millətin öz müqəddəratını təyin etməsi" prinsipinə uyğun olaraq müstəqilliklərini bəyan ediblər. Düşünmürəm ki, hansısa ciddi insan Dağlıq Qarabağın müstəqilliyinə şübhə etsin. Buna görə də Azərbaycana maksimum dərəcədə təzyiq göstərmək, Dağlıq Qarabağ ermənilərini dəstəkləmək gərəkdir". Bu sözlər hansısa erməni daşnakına, siyasətçisinə və ya Ermənistan prezidenti Serj Sarkisyan iqtidarının funksionerinə aid deyil. İqtibas gətirdiyim idiotizmin müəllifi Fransa parlamentinin deputatı Fransua Roşbluadır.
O, Fransanın ali qanunverici məclisindəki ermənipərəst deputatların yaratdıqları "Fransa-Artsax" dostluq qrupunun sədridir. Necə ki, Fransua Roşblua Rukeni öz seçiciləri "Moron dégénéré" ("Kəmağıl degenerat"), "Un scélérat" ("Yaramaz") və ya "Un Traître" ("Xəyanətkar") təxəllüsləri ilə çağırırlar. Roşblua Fransadakı sosial şəbəkə istifadəçiləri tərəfindən məhz belə adlandırılır. Fəqət, Roşbluanya nə ad qoyulursa-qoyulsun, onun rəsmi adı Fransuadır və bu, faktdır. Ermənilərə az qala maniakal sevgisini nümayiş etdirməyə çalışdığını göstərən və bəzən də ermənidən artıq erməni olmaq istəyən Fransua Roşbluanın "tərəf"daşı isə Fransa parlamentindəki "Fransa-Ermənistan" dostluq qrupunun sədri Rene Rukedir.
Lakin Roşblua-Ruke cütlüyünün bayopiki xatırladan siyasi emosiyalarının arxasında Fransadakı erməni diasporunun bilavasitə və güclü maliyyə yardımlarının durduğu ortaya çıxanda durum dəyişir. Roşblua həmişəki kimi, "emosional" çıxış edib: "Azərbaycanın əməlləri ilə bağlı Fransa parlamenti, hakimiyyəti və ictimaiyyətinə zəruri məlumatları çatdıracağam. Qoy hamı bilsin ki, indi səngərlərdə atəşkəs rejimi elan olunandan sonra doğulmuş qarabağlı erməni gənclərdir. Onlar mərdliklə və cəsarətlə vuruşurlar". Fransa parlamentinin iki deputatı faktiki olaraq cinayətlərini etiraf edib. O hüquq Azərbaycan ərazisinə ayaq basmaq istəyən istənilən əcnəbinin məhz Azərbaycanın müvafiq dövlət qurumlarından rüsxət alması, qeydiyyatdan keçməsini, viza prosedurlarının yerinə yetirilməsini tələb edir. Fransa parlamentinin "İdiot" və "Yaltaq" təxəllüsləri ilə tanınan iki deputatı bu sadə tələblərə əməl etməyib qanunu pozursa, onlar ölkə parlamentində və ya AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin çözülməsindən danışanda sürrealist mənzərə alınır.
"Artsax" ifadəsinin işlədilməsinə təəccüblənməyin, çünki ermənilər əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağı istədikləri cür adlandıra bilərlər, amma bu, reallığı, ərazilərin mənsubluğunu və problemin mahiyyətini əsla dəyişmir.
Rene Rukeni isə fransızlar "Menteur" ("Yalançı") və "Adulateur" ("Yaltaq") kimi tanıyırlar, onu belə adlandırırlar.
Fransa parlamenti ilə bahəm, AŞPA-da Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Ermənistan münasibətləri, daha doğrusu, münasibətsizliyi ilə müzakirələr başlayanda bu iki şəxs dərhal söz alır, nitq irad edir, alovlu çıxışlara başlayır.
Onların çıxışlarının leytmotivi dəyişmir: ermənilər "günahsız əzabkeşlər", azərbaycanlılar isə "aqressiv işğalçılar, barbarlar"dır.
Fransua Roşblua və Rene Rukenin belə ermənipərəstliyini mənəvi oriyentirlər, siyasi mövqe kimi qəbul etmək də olardı. Hər halda hər kəs səhvlərində müstəqildir, bildiyi təki ağlını itirərək sərsəmləyir.
Bu şəxslərin erməni diasporundan pul almaları iddia, yaxud ittiham yox, onların özlərinin də dəfələrlə etiraf etdikləri faktdır.
Həmin yardımlar isə fransız deputatların fəaliyyətlərini dəqiq bəlirləmiş proqramı da ehtiva edir və o proqramda qarabağlı separatçılarla görüşlər də var.
Roşblua və Ruke yenə aktivləşiblər. Onlar Dağlıq Qarabağa gəliblər, Xankəndidə bu gün qarabağlı ermənilərin "parlament spikeri" Aşot Gülyanla görüşüblər.
Görüş saatlarla davam edib və sonucda qərara alınıb ki, Fransua Roşblua ilə Rene Ruke Dağlıq Qarabağdakı "dördgünlük müharibə"nin "fəsadları ilə yaxından tanış olmaq üçün" cəbhə xəttinin yaxınlığında yerləşən, hazırda ermənilərin işğalında olan kəndlərə yollansınlar.
Rene Ruke isə bəyan edib ki, bütün bunlarla yanaşı, "AŞPA-da Azərbaycanın cəhdlərinə və təşəbbüslərinə qarşı mübarizəni daha da aktivləşdirmək gərəkdir".
Rəsmi Paris çox gec olsa da, onların qanunsuz əməllərini görməli, dərk etməlidir ki, Fransua Roşblua və Rene Rukenin Dağlıq Qarabağa gəlmələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə meydan oxumaq, Azərbaycan qanunlarını saya salmamaq, habelə beynəlxalq hüququ tanımamaqdır.
Minimal tələb, rutin prosedurlardır.
Axı insan əvvəl öz əxlaqı və vicdanı ilə münaqişədə olmamalıdır.
Bunu fransız deyib, ad və soyadı da Fransua-Mari Volter idi.