ABŞ-də Trampa belə etiraz etdilər - Fotolar + VİDEO
ABŞ-də Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər. Məlumata görə, ölkənin 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilib. Onlar hazırkı administrasiyanın üzvlərini tənqid edən şüarlar səsləndiriblər. Qeyd olunub ki, etirazçıları xüsusilə prezidentin tətbiq etdiyi rüsumlar, Maskın göstərişi ilə ABŞ hökumət idarələrində aparılan ixtisarlar, Trampın Qəzza zolağındakı münaqişə və Ukraynadakı müharibə ilə bağlı siyasətləri hiddətləndirib. Aksiyalardan görüntüləri təqdim edirik: