Əsas Səhifə > Dünya > Dəmirdaş həbs edilir:
Dəmirdaş həbs edilir:23-08-2016, 16:38 |
İstanbulun Bakırköy prokurorluğu HDP həmsədri Səlahəddin Dəmirdaşla bağlı açılan cinayət işini yekunlaşdıraraq məhkəməyə təqdim edib. Axar.az xəbər verir ki, prokuror iddianamədə Dəmirdaşın 24 dekabr 2015-ci ildə Rusiyadan qayıdarkən hava limanında verdiyi açıqlamada həm Prezident Rəcəb Tayyib Ərdoğanı, həm də keçmiş baş nazir Əhməd Davudoğlunu təhqir etdiyini təsdiqləyib. Bu səbəbdən məhkəmədən Dəmirdaşa prezidenti təhqir etdiyi üçün 4 il 8 ay, Davudoğlunun ünvanına işlətdiyi ifadələr üçün isə 2 il həbs cəzası istənilib. Xatırladaq ki, Dəmirdaş Rusiya səfərindən qayıdarkən Atatürk Hava Limanında Prezident Rəcəb Tayyib Ərdoğanı ölkəyə xəyanət etməkdə günahlandırmışdı. Geri qayıt |