Dəmirdaş həbs edilir: 6 İL 8 AY

İstanbulun Bakırköy prokurorluğu HDP həmsədri Səlahəddin Dəmirdaşla bağlı açılan cinayət işini yekunlaşdıraraq məhkəməyə təqdim edib.

 Axar.az xəbər verir ki, prokuror iddianamədə Dəmirdaşın 24 dekabr 2015-ci ildə Rusiyadan qayıdarkən hava limanında verdiyi açıqlamada həm Prezident Rəcəb Tayyib Ərdoğanı, həm də keçmiş baş nazir Əhməd Davudoğlunu təhqir etdiyini təsdiqləyib.

 Bu səbəbdən məhkəmədən Dəmirdaşa prezidenti təhqir etdiyi üçün 4 il 8 ay, Davudoğlunun ünvanına işlətdiyi ifadələr üçün isə 2 il həbs cəzası istənilib.

 Xatırladaq ki, Dəmirdaş Rusiya səfərindən qayıdarkən Atatürk Hava Limanında Prezident Rəcəb Tayyib Ərdoğanı ölkəyə xəyanət etməkdə günahlandırmışdı.






Fikirlər