03.02.2014. - ŞOK!!! Fətullah Gülən Ərdoğanı məhkəməyə verdi
Fəthullah Gülən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.
AzerTaym.az xəbər verir ki, bu barədə Fətullah Gülənin vəkili Nurullah Albayrak bildirib.
Vəkilin bildirdiyinə görə, Rəcəb Tayyib Ərdoğan ayrı-ayrı tarixlərdə verdiyi açıqlamalarla Fətullah Gülənin beynəlxalq konvensiyalar, Türkiyə Anayasası və digər qanunverici aktlarla qorunan hüquqlarını pozub.
Fətullah Gülənin vəkili Nurullah Albayrak bununla bağlı məhkəmədə Ərdoğana qarşı iddia qaldırdıqlarını və 100 min Türkiyə lirəsi məbləğində təzminat tələb etdiklərini bildirib.
Vəkil artıq iddia ərizəsini Ankara Hüquq Məhkəməsinə təqdim etdiklərini bildirib.