01.04.2014. - İlham Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
İlham Əliyev Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.(apa)